• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 959
— 16.09.2017 17:13

Multikultural dəyərlər gənclərə aşılanıb

KepezTV Player

Gəncədə Bilik Fondunun təşəbbüsü ilə Heydər Əliyev və Azərbaycanda İslam Həmrəyliyi mövzusunda tədbir keçirilib. Tələbələrə ümummilli liderin ölkədə dini tolerantlığın qorunub saxlanılması, multikultural dəyərlərin və islam ölkələri arasında sıx əlaqələrin formalaşmasında göstərdiyi xitmətlərdən geniş bəhs edilib. Azərbaycanın bütün dünyada dini tolerantlıq və multikultural dəyərlərin ən yüksək səviyyədə qorunduğu ölkə kimi tanınması məhz bu xidmətlərin nəticəsi olduğu önə çəkilib. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatındakı səmərəli fəaliyyətindən və bu ölkələrlə sıx əlaqələrin qurulduğundan da danışılıb. Tələbələrə Bilik Fondu tərəfindən  İslam Həmrəyliyi ilində görülən tədbirlər barədə də məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Elton Cabbarlı