Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 34 yaşlı Vasif Allahverdiyevin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Mərhumun hansı şəraitdə quyuya yıxıldığı araşdırlır.
Xaliq Qurbanlı
- Baxış: 435