• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 801
— 15.09.2017 18:21

Oğurluq etməkdə şübhəli bilinənlər tutuldu

KepezTV Player

Xaçmaz rayonunda mənzildən oğurluq edən qadın tutulub. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları və 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əfsanə Alışova tutulub. paytaxt polisləri də oğurluq hadisələrinin üstünü açıblar. belə ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb. Məlum olub ki, sentyabrın 3-də və 9-da rayon ərazisindəki 2 avtomobildən akkumulyator oğurlayan Bərdə rayon sakini Xəqani Mehdiyevdir. Nəsimi RPİ 22-ci PB əməkdaşları isə cari il avqustun 15-də rayon ərazisində Bakı şəhər sakininə məxsus qarajdan 4 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Mustafayevi yaxalayıblar.

 

Zülfiyyə Telmanqızı