• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 15.09.2017 18:26

Qonşusunu silahla qorxutmaq istədi

KepezTV Player

Əvvəl qardaşla mübahisə, sonra qonşu ilə, daha sonra isə silahdan atəş açmaq. Sadaladıqlarım Abşeron rayonu ərazisində yaşanıb. Xəyyam adlı şəxs eyvanına baxan qonşuların baxışlarından xoşlanmayıb və edəcəyini edib. Hətta peşiman da deyil.

Masazır Qəsəbəsi qurtuluş 93 yaşayış massivində yaşayan Vüqar Seyidovla qonşusu Xəyyam Baxşəliyev arasında mübahisə yaranıb. Səbəb Vüqar Seyidovun Xəyyam Baxşəliyevin eyvanına baxması olub. Yaranmış mübahisə zamanı Xəyyam evində olan silahı gətirərək, eyvandan havaya 1 dəfə atəş açıb. Bu barədə dərhal aidiyyatı üzrə Abşeron rayon polis idarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyyam Baxşəliyev saxlanılıb. O dindirilərkən bildirib ki, evində qardaşı ilə mübahisə edib, daha sonra eyvana çıxarkən, qonşuların onları izlədiyinə şahid olub. Bu mənzərədən xoşlanmayan şəxs silaha əl atıb.

Xəyyam Baxşəliyev nə silaha əl atmaqdan, nə də ki, qonşuları rahatsız etməkdən peşmanlıq hissi duymur

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

Zülfiyyə Telmanqızı