• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 15.09.2017 18:19

İki qardaş öldü, bir azyaşlı isə yaralandı

KepezTV Player

Kürdəmirdə 2 qardaşın ölümü, 1 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında Bakı- Qazax magistralının 210-cu km də Ucar-Kürdəmir sərhədində qeydə alınıb. Bakının Qaradağ rayon sakini Elmin Hüseynova məxsus "Toyota" markalı minik maşını idarəetmədən çıxaraq səkiyə çırpılıb. Nəticədə sürücünün 6 yaşlı oğlu Ucal Hüseynov, 4 yaşlı Firdovsi Hüseynov dünyasını dəyişib. Maşında olan digər sərnişin 6 yaşlı Alsu Fərzəliyeva isə xəsarət alıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı