• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 15.09.2017 15:06

Gəncədə universitetlərin "Bilik günü" həyəcanı

KepezTV Player

"Bilik günü" münasibətiylə Azərbaycan Texnologiya Universitetində təşkil olunan tədbirdə ali məktəbə qəbul göstəricisinin ötən illə müqayisədə 18 faiz yüksəldiyinə diqqət çəkilib. Hazırda universitdə təhsil alanların sayı 2400-ə çatır. Onlardan 2270 nəfəri bakalvriatlardır. Bu il ali təhsil müəssisəsinə 486 abiturient qəbul olub. Tədbirdə ATU-ya ən yüksək - 516 balla qəbul olan Məmməd Hüseynova noutbuk, hər fakültə üzrə birinci yeri tutanlara isə qiymətli hədiyyələr və tələbə biletləri təqdim olunub. "Bilik günü" Gəncə Dövlət Universitetində də çoşğu ilə qeyd olunub. Ali təhsil müəssisəsində 8 fakultə üzrə 5418 bakalavriat, 362 magistr təhsil alır. Bu il GDU-nun birinci kursuna daxil olanların sayı 1404-dür. Son 10 ildə ilk dəfə olaraq bu il Gəncə Dövlət Universitetində 100 fazilik qəbul qeydə alınıb. Ən yüksək nəticəni isə 645 balla Günel Xəlilova göstərib. Ümumilikdə 60 nəfər 500-dən, 15 nəfər isə 600-dən yuxarı bal toplayıb.

 

Gülnar Fazilqızı