• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1519
— 15.09.2017 14:59

ADAU-da bir sıra yeni mərkəzlər açılıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində bu ilki bilik günü bir çox mərkəzlərin açılışı ilə yadda qaldı. Tədbirdə Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Çin, Türkiyə və Hindistanın Azərbaycandakı səfirləri də iştirak edib. Qonaqlar universitetdə Süni Mayalanma Tədris Mərkəzi, Eksperimental Ferma və atçılıq mərkəzi, Çin Xalq Respublikasının dəstəyi ilə ərsəyə gələn Virtual Tədris auditoriyası, Yaponiyanın dəstəyilə qurulan Toxumçuluq laboratoriyası, Türkiyə şirkətinin dəstəyi ilə tələbə və sakinlərin ixtiyarına verilən Baytarlıq Klinikası, müasir tipli istixanalar, Aqrokimya laboratoriyası, Təlim Mərkəzi, Gilan Agriculture auditoriyası, Tələbə Parkı və stadionla yaxından tanış olublar.

 

Xəyalə Mürsəl