Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, eləcə də təhsili üçün Gəncədə daha bir addım atılıb. Əsaslı təmirdən sonra istifadəyə verilən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada sağlam və qismən fiziki qüsurlu şagirdlər birgə təhsil alacaq. 250 şagird yerlik gimnaziyada təhsil almaqla yanaşı 35 nəfərin qalması üçün yataqxana da mövcuddur. 25 sinif otagından ibarət tədris korpusunda müsir tələblərə uyğun şərait yaradılıb. 56 illik fəaliyyəti dövründə ilk dəfədir əsaslı şəkildə yenilənən gimnaziya 2016-cı ilə kimi sanatoriya tipli internat məktəbi olub. Tədris müəssisəsində yaradılan imknalarla tanış olan şəhər rəhbərliyi yeniliklər barədə danışıb.
Elmar Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı: “Bilirsiz ki, bununla yanaşı şəhərimizdə yenidən əsaslı çəkildə təmir olunmuş 1 saylı tam orta məktəbin açılışı gözlənilir. Bundan başqa ticarət xidməti və informasiya komunikasiya texnalogiyaları liseyinin açılışı gözlənilir. Buda təhsil nazirliyinin apardığı yeni islahatlar nəticəsində peşə məktəbi, lisey birləşərək sistemləşdirilib. Bu sahədə Gəncədə təhsil siyasəti tam başa çatıb. Peşə məktəbləri və peşə liseyləri tam təmir olunaraq istifadəyə verilib”.
Gülnar Fazilqızı
- Baxış: 1475