• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1546
— 15.09.2017 10:03

Otaq enerjidoldurma qurğusuna dönəcək

Aktiv istifadədə olan mobil qurğuların gündə iki-üç dəfə enerji ilə doldurulmasına hamı adət edib. Bu məsələdə portativ akkumulyatorlar yardımçı rolunda çıxış etsələr də, onlar enerjinin toplanılması üçün kifayət etmirlər. Lakin bütöv bir otağı böyük simsiz enerjidoldurma qurğusuna çevirən Wi-Charge adlı texnologiya hər şeyi dəyişə bilər. Bu texnologiya ilə enerjidoldurma qurğusu otağın tavanına bərkidilərək batareyanı mənzilin istənilən yerində enerji ilə yükləməyə imkan verir. Wi-Charge texnologiyasını ərsəyə gətirən şirkət qurğuların hazırlanması zamanı batareyaların fərqli tutuma malik olmasına görə müxtəlif şəkildə enerji ilə doldurulmasını nəzərə alıb. Bu səbəbdən bir neçə iş variantı mövcuddur: Light mobil telefon batareyalarının bir iş yeri sahəsində tez enerji ilə doldurulması üçün nəzərdə tutulub. Kiik adlanan ikinci variant az enerji sərfiyyatına malik qurğuları, məsələn, müxtəlif daşınan elektronikanı enerji ilə təmin edir. Sonuncu - Rayo variantı isə ən güclü enerjidoldurma üsuludur. O, 25 kvadratmetrədək otağı enerji ilə təmin edir və iki planşeti doldurur. Hazırda Wi-Charge texnologiyasının çatışmazlıqlarının aşkarlanması və onun insan sağlamlığına təsirinin öyrənilməsi üçün lazımi sınaq mərhələləri keçirilir. Testlərin uğurla nəticələnəcəyi təqdirdə yeni texnologiyanın naqilli enerjidoldurma qurğularından istifadəni, mobil telefon və ya digər cihazları tez-tez enerji ilə doldurmaq zərurətini aradan qaldıracağı gözlənilir.

 

Cavanşir Məmmədzadə