• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 15.09.2017 10:01

Alman marka Çin kapitalı ilə 5 metrlik elektrokar hazırladı

Çinli sərmayəçilərin hesabına bərpa olunan Borgward adlı Almaniya şirkəti Frankfurt motorşousunda Isabella prototipini təqdim edib. Konsept-karın uzunluğu 5 metrdir. “İzabella”nın eni 1,92 metr, hündürlüyü 1,4 metr təşkil edir. 4 yerlik prototip arxada və qabaqda sürüşən qapılarla komplektləşdirilib. Bunlarla yanaşı, konseptin mərkəzi kuzov sütunu yoxdur. Maşın bir cüt elektrik motorla hərəkətə gəlir, ümumi güc isə 300-ə bərabərdir. Yerindən 100 km/saat sürəti prototip 4,5 saniyəyə yığır, maksimal sürəti isə 250 km/saata çatır. Model enerjini LG Electronicslə birgə hazırlanan batareyalardan alır. Akkumlyatorların xarakteristikaları açıqlanmır. Bilinən odur ki, batareyalar  yarımca saata 50% enerji ilə yüklənir. Borgward mütəxəssisləri avtomobillərinin bir dəfəyə 500 kilometr məsafəni qət etməsi üçün əllərindən gələni edirlər. Isabellanın içərisində quraşdırılan ekranlar maşının müxtəlif sistemlərini nümayiş etdirir.

 

Cavanşir Məmmədzadə