Land Rover şirkəti Discovery modelinin ən yolsuzluq versiyasını ictimaiyyətə göstərib. Avtomobil britaniyalı zavod tünerləri tərəfindən ərsəyə gətirilib. SVX adını alan yenilik 5 litrlik V8 benzin motorla işləyir. Aqreqat 525 at gücündədir. Ətrafda pnevmatik dəstəkçilərin və Hydraulic Active Roll Control (H-ARC) sisteminin peyda olması təkərlərin artikulyasiyanı yaxşılaşdırır və yolsuzluq şəraitində hərəkət edən zaman kuzovun tərpənməsini tənzimləyir. Modelin avadanlıqlar siyahısında aktiv mərkəzi differensial, elektron idarəetmə ilə arxa differensial, 8 diapazonlu avtomatik sürət qutusu, Terrain Response II-nin iş rejimini seçən sistem və bir sıra elektron yardımçılar da var ki, onlardan biri enməyə kömək funksiyadır. Belə bir Land Rover Discovery-nin 2018-ci ildə Böyük Britaniyada istehsal olunması planlaşdırılır.
Cavanşir Məmmədzadə
- Baxış: 502