• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 15.09.2017 03:38

Goranboyda top mərmisi tapılıb

Goranboy rayonun Tapqaraqoyunlu kəndi ərazisində partlamamış 1 ədəd 100 mm-lik top mərmisi aşkar edilib. Dərhal hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu cəlb edilib. Top mərmisinin zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunan mərminin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.