• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1880
— 14.09.2017 23:38

Şəmkirdə avtomobil aşdı, 4 nəfər yaralandı

Şəmkirdə ağır yol qəzası baş verib. Zəyəm-Düyərli avtomobil yolunda “Hyundai ix35 ” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 4 nəfər yaralanıb. Xəsarətləri alanlar Düyərli kənd sakinləri 16 yaşlı Səbuhi Hüseynov, 17 yaşlı Bilal Qəmbərov, həmyaşıdı Elvin Quliyev, 19 yaşlı Əkbər İsmayılov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətləri normaldı. Faktla bağlı araşdırma aparılır.

Samir Namazov - həkim: “Xəstəxanamız 4 nəfər avtoqəza ilə bağlı xəsarət alanlar daxil olmuşdu. Xəsarətləri bədənlərinin müxtəlif nahiyyələrində idi. Xəstələrə ilkin yardım göstərildi. Xəstələrin yaxınlarının təkidi ilə onlar Gəncə şəhərinə özəl xəstəxanalardan biriniə göndərildi.”

Elnur Vahidoğlu