Əsasən Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələridə sərnişinlərin mənzil başına çatması və süni qiymət artımının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülüb.
Gəncə Dəmir Yol Vağzalında Bakı və əks istiqamətə biletlərin satışı gündəlik qrafik üzrə həyata keçirilir. Sərnişin sıxlığı yaşanarsa reyslərə əlavə vaqonların qoşulması mümkündür.
Onlayın və ya bizimvasitəmizlə bilet satışında yerlərimiz var. Bu gün sabah və deyə biərm ki, 10 gün ərzində biletlər satışdadır, çoxdur yerlərimiz.
Gün ərzində 1500-ə yaxın şərnişinin respublikanın müxtəlif bölgələrinə daşınmanını həyata keçirən Gəncə Avtovokzalında vəziyyət o qədər də fərqli deyil.
Mahir Əliyev - sərnişin: Yaxınlaşdım kassaya biletimi aldın həmişəki qaydada. Hər şey qaydasındadır biletdə öz qiymətinədir.
Səbuhi Bayramov - sərnişin:Rahat şəkildə gəlib biletimizi aldıq. Kassadan bildirdilər ki, 30 dəqiqədən bir Bakıya avtobus çıxır. Hələki rahatçılıqdır.Əgər ehtiyac yaranarsa xəttə əsavə avtobuslar salınacaq.
Sərxan Abbasov - dispetçer:Bir o qədər sıxlıq müşahidə olunmur.
“Bakıdan Gəncə istiqamətinə isə hələki sərnişin sıxlığı qeydə alınmayıb.Çünki sərnişinlərin 2 gün 3 gün ərzində kütləvi şəkildə Bakıya gedirlər. Bizdə də gün ərzində 24 avtobus çıxır Bakıya. Sərnişinlər səhər saat 6:30-dan saat 18:30 qədər avtobuslarımızın xidmətlərindən istifadə edə bilər.
Sürücülər tərəfindən süni qiymət artımına yol verməmək üçün avtovağzalda nəzarət gücləndirilib.
- Baxış: 408