• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 14.09.2017 10:27

Yeni Apple Watch “ağıllı” saatları smartfonsuz mobil əlaqəni dəstəkləyir

Stiv Cobsun davamçıları smartfonlarla yanaşı Apple Watch smart-saatların üçüncü nəsil modellərini də nümayiş etdiriblər. Xarici görünüşünə görə onlar əvvəlkindən fərqlənmir. Əsas yenilik smartfona qoşulmadan mobil əlaqəni yaratmaq imkanının olmasıdır. Bundan savayı “ağıllı” saatlar yeni 4 nüvəli prosessor qazanıb. Yenilənmiş Apple saatları watchOS 4 sistemində işləyir. Adıçəkilən əməliyyat sistemi bir neçə siferblat və Siri səs köməkçisini dəstəkləyən dinamik siferblat əldə edib. Cihazın ekranında təqvim və digər proqramlar, eləcə də sahibinin nəbzi göstərilir. Activity tətbiqetməsində də yenilik gözə dəyir. Workout proqramı isə sahibi suda üzən zaman onun aktivliyini indi daha təkmilləşmiş formada izləyir. watchOS 4-də Music proqramı yenilənməyə məruz qalıb. O, indi AirPodsla işləyə və Apple Musicdən təklif olunan pleylistləri əlavə edə bilir. Apple Watch Series 3 15 sentyabrdan sifarişlərə hazır olacaq, onun bir sıra ölkələrdə satışı isə 22 sentyabrdan start götürəcək. Mobil əlaqə funksiyası olan yeni Apple smart saatları 399 dollar, analoji funksiyası olmayan modifikasiya isə 329 dollar dəyərindədir.

Cavanşir Məmmədzadə