• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 14.09.2017 10:07

Çoxdan gözlənilən iPhone 8, iPhone 8 Plus və iPhone X təqdim olundu

Nəhayət Apple şirkəti iPhone X və iPhone 8 modellərini təqdim edib. Yeni iPhone X modeli xarici görünüşü və xüsusi özəllikləri ilə diqqət çəkib. Telefon Home düyməsindən azad olub. Smartfonun ön paneli isə tamamilə ekranla əhatələnib. Bu model 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 düymlük OLED Super Retina ekran ilə təchiz olunub. Korpusun dizaynı iPhone 7-dən fərqlənməsə də, smartfonun çərçivələri poladdan, arxa qapaq isə dözümlü şüşədən hazırlanıb. Bundan əlavə, aparat naqilsiz şarj funksiyasına da malikdir. iPhone X-də Touch ID barmaq izi skanı yoxdur. Bunun əvəzinə insan üzünün skanı texnologiyası olan Face ID-dən istifadə olunur. Yeni smartfon, 6 nüvəli A11 Bionic prosessoru ilə çalışır. Beləliklə, bu prosessorlar 30% daha güclüdür və 2 dəfə daha az eneri sərfiyyatına malikdir. Həmçinin yeni prosessor sayəsində bu “ayfonlar”, iPhone 7-dən 2 saat daha çox enerji saxlaya bilir. Smartfon keçənilki model kimi 12 MP-lik ikili arxa kameraya sahibdir. iPhone X 3 noyabr tarixində 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$-a satılacaq. Bundan əlavə yeni iPhone 8 və iPhone 8 Plus modelləri də təqdim olunub. Faktiki olaraq bu smartfonlar iPhone 7 dizaynına və iPhone X texniki göstəricilərinə sahib modellərdir. Hər iki modelin arxa panelləri şüşə ilə örtülüb. iPhone 8 və iPhone 8 Plus bu ayın sonunda satışa çıxacaq. 32, 64 və 128 GB daxili yaddaşı olan iPhone 8 699 dollardan, 64 və 256 GB daxili yaddaşa sahib iPhone 8 Plus isə 799 dollardan başlayan qiymətlə satılacaq.

Cavanşir Məmmədzadə