Oğru nə istər?-qaranlıq gecə... Amma indiki oğrulara gecə gündüz fərqi yoxdur. Yəni istəklərinə günün istənilən saatında çatmaq üçün cəhd göstərirlər. Az sonra görəcəyiniz şəxslər də mal-qara pulu ilə mülk sahibi olmaq üçün gecə yox, elə günün günorta çağı Cəlilabad kəndlərinin canına düşüblər. Harada sahibsiz heyvan gördülər, qabaqlarına salıb gətirən dələduzlar kənd sakinləri tərəfindən yaxalandıqda, inəklərimiz itmişdi axtarırdıq, elə bildik bunlardır, deyə məntiqsiz cavab verərək, sadəcə özlərini aldadıblar.
Güzdək qəsəbəsində yaşayan 27 yaşlı Seymur Rzaxanov, 26 yaşlı Spartak İbrahimov və Cəlilabad rayonu Maşlı kənd sakini 29 yaşlı Şəmsəddin Əsgərov örüş sahəsindən Hökməli qəsəbə sakini Ağasəməd Ağayevin iki baş, Əlirza Salayevin iki baş və Azər Əzizovun iki baş inəyini oğurlayan zaman heyvan sahibləri tərəfindən yaxalanıblar. Mal-qara sahibləri dərhal Daxili işlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxlayıblar. Hadisə yerinə gələn Abşeron rayon polis idarəsinin əməliyatçıları şübhəli şəxsləri dindirən zaman onların başqa Cinayətləri də üzə çıxıb. Saxlanılan Spartak İbrahimovun sözlərinə görə, oğurluğa getdiklərini bilməyib. Qonşuluqda yaşayan Seymur onu itmiş inəklərini axtarmağa çağırıb. Son isə tamamilə fərqli mənzərə ilə yadda qalıb. Saxlanılan Seymur Rzaxanov isə əməlini etiraf edərək, bildirib ki, ilk iki oğurluq hadisəsini tək törədib. Cari ilin mart ayında Güzdək qəsəbə sakini İxtiyar Məlikovun 3 inəyini, iyul ayında Aşağı Güzdək qəsəbə sakini Südabə Eyvazovanın bir inəyini aparıb. Üçüncü oğurluğa Seymur Şəmi ləqəbli dostu Şəmsəddin Əsgərovu da cəlb edib. Dostlar Hökməli qəsəbə sakini Ramil Kərimovun 4 baş inəyini aparıblar.
Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsinin istintaq şöbəsində CM oğurluq maddəsi ilə Cinayət işi başlanıb. Araşdırmalar davam edir.
- Baxış: 816