• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 13.09.2017 12:17

Dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

Qəbələ RPŞ və Dövlət Təhlükəsizliyi Xİdmətinin Rayon Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də dini radikalizmi təbliğ etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakinləri Bəhruz Qasımovun və Elman Tahirovun evlərinə baxış keçirilib. Bu zaman oradan yayılması qanunla qadağan olunan ümumilikdə 77 ədəd dini təyinatlı ədəbiyyat, 11 ədəd video və audio kaset, 14 ədəd CD disk və 1 ədəd kustar üsulla hazırlanan xəncər aşkar edilərək götürülüb. Hər 2 şəxs Polis Şöbəsinə gətirilərək izahatları alınıb, götürülən əşyalar ekspert rəyi alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Zülfiyyə Telmanqızı