• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 13.09.2017 11:42

İcra başçısı məktəb direktorlarını döydü

KepezTV Player

Sosial şəbəkələrdə icra başçısının məktəb direktorlarını döyməsi görüntüsü yayılıb. İnsident Özbəkistanda avqustun sonunda yaşanıb. Görüntülərlə bağlı qızğın müzakirələr gedir. Görünən və Özbəkistan KİV-lərində yazılan məlumat budur ki, Sırdərya vilayətinin Seyhunabad rayonunun icra başçısı Nasırcan Eqamberdiyev məktəb direktorlarını döyür və təhqir edir. İcra başçısının qəzəbinə səbəb olan amil də məlumdur. Belə ki, o, ölkənin müstəqillik günü ilə bağlı keçirilən tədbirdə müəllimlərin iştirak etməməsinə hirslənib. Heyfini isə direktorlardan çıxır.

Özbəkistan KİV-ləri onu da iddia edirlər, Eqamberdiyev özü də danlanıb. Prezident Administrasiyasının kuratoru onu bayram tədbirini yaxşı təşkil etmədiyi üçün, iştirakçıların azlığı ilə bağlı tənbeh edib.

Zülfiyyə Telmanqızı