• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 13.09.2017 12:06

3 piyadanı avtomobil vurdu

KepezTV Player

Bu gün də ənənə pozulmadı. Yenə yol qəzaları barədə xəbərimiz var. Təqdim edəcəyimiz növbəti materialda piyadavurma hadisələrindən danıçacağıq. Üç nəfəri yarımcan edən qəzalar Bakıda qeydə alınıb.

Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçmək istəyən 26 yaşlı Anar Bəxtiyarı "BMV" markalı avtomobil vurub. Yaralını xəstəxanaya sürücü özü çatdırıb. Kəllə-beyin travması alan Anara lazımi tibbi yardım göstərilib. Həkimlər vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Sürücü saxlanılaraq ifadəsi alınması üçün Rayon Polis İdarəsinə aparılıb. Sabunçu rayonunda daha bir piyadavurma hadisəsi Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. Naməlum avtomobil 53 yaşlı Mülayim Əsgər qızı Abdullayevanı vurub. Sürücü hadisə yerindən yayınıb. Yaralı isə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Hadisə barədə polisə məlumat verilib. Zərərçəkənin ifadəsi əsasında hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Xəzər rayonu Mərdəkan qəsəbəsində isə yolu keçmək istəyən Sevda Xəlilovanı avtomobil vurub. Daha sonra sürücü özü yaralını xəstəxanaya gətirib. Həkimlər Sevda Xəlilovaya tibbi yardım göstəriblər. Onun həyatı üçün olan təhlükə aradan qaldırılıb. Hadisə yerinə gələn polis əməkdaşları ölçülər aparıblar. Müvafiq ekspertizalar təyin olunub. Sürücünün ifadəsi alınıb. Faktlarla əlaqədar araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı