• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 881
— 13.09.2017 11:58

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Belarusla yoxlama oyunu keçirəcək

Avropa çempionatına hazırlaşan Faiq Qarayevin yetirmələri rəqiblə Bakıda üz-üzə gələcək. Belaruslular sentyabrın 16-da paytaxtımıza gələcəklər. Komandalar arasında 2 qarşılaşmanın oynanılması planlaşdırılır. Bu qarşılaşmalardan sonra rəqib Tiflisə yollanacaq və Avro-2017-in qrup mərhələsində çıxış edəcək.

Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avro-2017 sentyabrın 22-də başlayacaq. 

 

Orxan Cəfərzadə