• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 13.09.2017 12:07

8 oyunda 28 qol

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib. Azərbaycan futbolu tarixində ilk dəfə qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinə yüksələn “Qarabağ” da debüt oyununa çıxıb. C qrupunda çxış edən Ağdam klubu səfərdə “Çelsi”nin qonağı olub. Görüş Antonio Kontenin komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb. Zadəganlardan ilk yarıda Pedro Rodriges və David Zappakosta fərqlənib. Fasilədən sonra təzyiqi artıran londonlular daha 4 dəfə Ağdam klubunun qapısına yol tapıblar. Tyemue Bakayoko, Mişi Batşuayi, Sezar Aspilikueta dəqiq oynayıb. Bir qolu isə qapıların yerini səhv salan Maksim Medvedev vurub.


Qrupun digər oyununda "Roma" İtaliyada "Atletiko" üz-üzə gəlib. Bu görüş başladığı kimi 0:0 hesabıyla sona çatıb.

A qrupunda Benfika doğma meydan Moskva MOİK-ni sınağa çəkib. Qarşılaşmada sükut 50-ci dəqiqədə pozulub. 50-ci dəqiqədə prineylilərdən Haris Sefereroviç adını tabloya yazdırıb. Ancaq portuqliyalıların qol sevinci 13 dəqiqə çəkib. 63-ci dəqiqədə Vitinyo təyin olunan penaltini qola çevirərək hesabı bərabərləşdirib. Bu da oyunda sonuncu olmayıb əzmkarlıq göstərən ruslar qələbə topunu da vurublar. 71-ci dəqiqədə Timur Camalettinov Benfikanın qapısına yol taparaq komandasına səfərdə gözlənilməz qələbə qazandırıb.

Eyni Qrupda yer alan Mançester Yunayted – Basel qarşılaşmasında qırmızı şeytanlar 3 cavabsız qolla qalib gəlib. Meydan sahiblərindən hərəyə 1 dəfə Fellaini, Romelu Lukaku və Markus Reşford məhsuldar zərbələrlə Mançesterin aktivinə ilk turda 3 xal yazdırıblar.

B qrupunun Bavariya – Anderlext görüşündə də eyni hesab qeydə alınıb. Münhenlilər birinci hissədə 1, ikinci hissədə isə rəqib qapısına 2 top vurmaqla qonaqları evə əliboş yola salıblar. Almanların heyətində Robert Levandovski, Tyaqo Alkantara və Çoşua Kimmix fərqlənən oyunçular olub.

Bu qrupda yer alan Seltik və PSJ komandalarının duelində isə fransızlar böyükhesablı qələbəyə seviniblər. Yay transfer dövründə aldığı oyunçularla bütün dünyanın diqqətini üzərinə çəkən parislilərdən elə yeni transferlər Neymar və Mpbappe fərqlənib. Edinson Kavani isə iki dəfə diqqət mərkəzinə düşməklə PSJ-nin qələbəsində pay sahibi olub. Daha bir qol avtoqola imza atan Lustiqin ayağına yazılıb. 

D qrupunda böyük maraqla gözlənilən görüş Barselona – Yuventus qarşıdurmasında katalonlar ötənilki revanşını alaraq güclü rəqibini 3 cavabsız qolla üstələyib. Komandanın lideri Lionel Messi oyunda dublla yadda qalıb. 1 qolu isə İvan Rakitiç qoca sinyoranın qapısına göndərib. 

Bu qrupun Olimpiakos – Sportinq görüşü də bol qollu alınıb. Oyunda tablo 2-ci dəqiqədə hərəkətə gəlib. Seydu Dumbia Sportinqi hesabda önə keçirib. 13-cü dəqiqədə yunanlar ikinci topu qapılarında görüblər. Gelson Martins əks hücum zamanı qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. İlk yarının sonunda Bruno Fernandes də fərqlənərək Olimpiakosu növbəti dəfə mərkəzə dəvət edib. Fasilədən sonra meydan sahibləri özlərinə gələrək Felipe Pardonun dublu sayəsində hesab arasındakı fərqi minimuma endirsə də, yekunda məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Olimpiakos 2- Sportinq 3.

 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

12 sentyabr

A qrupu

22:45. “Mançester Yunayted” (İngiltərə) - “Bazel” (İsveçrə) - 3:0 
Qol: Fellaini, 35, Lukaku, 53, Reşford, 84

22:45. “Benfika” (Portuqaliya) - MOİK (Rusiya) - 1:2 
Qol: Severoviç, 50 (1:0), Vitinyo, 63 (1:1), Camalettinov, 71 (1:2)

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika) - 3:0
Qollar: Levandovski, 11-pen. Alkantara, 65, Ximmik, 90

22:45. “Seltik” (Şotlandiya) - PSJ (Fransa) - 0:5 
Qol: Neymar, 19, Mbappe, 34, Kavani, 40, Lustiq, 83-avtoqol, Kavani, 85

C qrupu

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 
Qollar: Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

22:45. “Roma” (İtaliya) - “Atletiko” (İspaniya) - 0:0 

D qrupu

22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 3:0 
Qol: Messi, 45, Kakitiç, 56, Messi, 69

22:45. “Olimpiakos” (Yunanıstan) - “Sportinq” (Portuqaliya) - 2:3
Qol: Dumbia, 2 (0:1), Martins, 14 (0:2), Fernandes, 43 (0:3), Pardo, 90 (1:3), 90+3 (2:3)

 

Orxan Cəfərzadə