• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 13.09.2017 10:03

Mercedes-AMG və Porsche arasında draq-yarış keçirildi

Böyük Britaniyanın Evo nəşrinin əməkdaşları Mercedes-AMG E 63 S və Porsche Panamera Turbo arasında draq-yarış keçiriblər. Evo mütəxəssisləri bununla modellərin dinamik göstəricilərini ölçüb və onların 402 metrlik məsafəni nə qədər vaxta qət etdiklərini müəyyən ediblər. Finişdə bu avtomobillər arasında 0,3 saniyə fərq olub. Mercedes Porsche-ni qabaqlayıb. Ancaq yerindən 96 km/saat sürəti yığmaq üçün hər iki modelə 3,4 saniyə lazımdır. Mercedes-AMG E 63 S sedanı turbo V8 motorla təchiz olunur və 612 at gücündədir. Porsche Panamera Turbo avtomobilinə gəldikdə isə bu model 8-lik benzin mühərriklə hərəkətə gəlir. Motorun at gücü 550-ə bərabərdir.

 

Cavanşir Məmmədzadə