• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2224
— 13.09.2017 10:02

Uşaqla birlikdə böyüyən paltar icad edildi

Britaniyalı dizayner Rayan Yasin uşaqlar üçün onlarla birlikdə böyüyən paltar icad edibDizayner bunun üçün xüsusi növ parça hazırlayıb. Parçanı uşağın ölçülərinə uyğun olaraq eninə, yaxud uzununa dartmaq olur. Sukeçirməz parça yüksək dözümlülüyü ilə seçilir, paltaryuyan maşında yuyula və təkrar emal oluna bilir.

Yeni materialdan olan paltarlar 3 aylıqdan 3 yaşadək uşaqlar üçün nəzərdə tutulub. İnnovativ materialı hazırlayarkən Yasin kollecdə öyrəndiyi aeronavtik mühəndisliyin prinsiplərindən istifadə edib. Onun fikrincə, yeni kəşf valideynlərə pullarına qənaət etmək imkanı verəcək və ətraf mühitin az çirkləndirilməsinə gətirib çıxaracaq.

 

Cavanşir Məmmədzadə