İlon Maskın rəhbərlik etdiyi Amerikanın SpaceX aerokosmik şirkəti ABŞ hərbi hava qüvvələri (HHQ) üçün gizli orbital X-37B pilotsuz aparatını uğurla kosmosa çıxarıb. Falcon 9 raket daşıyıcısı ilə uçuş Kanaveralda yerləşən kosmodromdan həyata keçirilib. Bundan 9 dəqiqə sonra raketin ilk mərhələsi start yerindən bir qədər aralıda uğurlu eniş edib. X-37B missiyası ABŞ HHQ-nin gizli layihəsidir. Məlumata görə, aparat əvvəlkindən daha yüksəyə çıxarılıb. X-37B-nin göyərtəsində bir sıra gizli eksperimentlərin aparılacağı bildirilir. Sirli robotlaşdırılmış kosmik qurğunun Amerika ordusu üçün ciddi nəticələr verəcəyi gözlənilir.
Cavanşir Məmmədzadə
- Baxış: 319