• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 12.09.2017 22:24

Gəncədə mikroavtobus yanıb

Gəncədə nəqliyyat vasitəsi yanıb. Hadisə axşam saatlarında baş verib. 57-BM-578 dövlət nömrə nişanlı, "RAF" markalı avtomobil qəfildən alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə biriqadası cəlb olunub və alov söndürülüb. Hadisə zamanı sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı