• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 12.09.2017 15:46

Gəncəli şahmatçılar Avropa birinciliyində qüvvəsini sınayır

KepezTV Player

Rumıniyanın Mamaya şəhərində yeniyetmələr arasında şahmat üzrə Avropa birinciliyi keçirilir. Qitə yarışına qatılan yığmamızın heyətində iki gəncəli iti zəka sahibi də var. 49 ölkədən 1192 şahmatçının iştirak etdiyi yarışda Nizami yurdunu 10 yaşlı qızlarda Leyla Budaqova, 16 yaşlı oğlanlarda isə Babək Cəfərli təmsil edir. 6 turu geridə qalan Avropa birinciliyində hər iki şahmatçı 3 xala malikdi. Həmyerlilərimiz mükafatçılar sırasına düşməsələr belə beynəlxalq reytinq əmsallarını yaxşılaşdırmaq imkanına malikdirlər. 

Orxan Cəfərzadə