• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 12.09.2017 15:28

Samuxda qəbul qeydə alınmayan məktəb yoxdur

KepezTV Player

Bu il qəbul imtahanlarına qatılan 335 Samuxlu gəncdən 157-si tələbə adını qazanıb. 25 nəfər 500-dən, 8 nəfər isə 600-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək göstərici 685 bal toplayan Seyidlər kənd tam orta məktəbinin məzunu İlkin Salmanova məxsusdur. Buraxılış və test imtahanlarında ən yaxşı nəticə isə Samux şəhər 1 və 2 saylı, eləcə də Qovlarsarı və Çobanabdallı kənd tam orta məktəbləri göstərib. 5 məzun orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Rayonda təhsil işçilərinin sentyabr konfransında, eləcə də yeni dərs ilinə hazırlıqdan danışılıb. 8 mindən çox şagirdin təhsil alacağı 35 məktəb müxtəlif adda kitab və inventarla təchiz edilib. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb. İnstitut qəsəbəsində, Yenikənd, Çobanabddalı və Sərkar kəndində yeni məktəb binalarının inşası planlaşdırılır. Konfrasda ali məktəbə yüksək balla daxil olan tələbələrə hədiyyələr təqdim olunub.  

İlkin Salmaov- tələbə: “Mən bu il keçirilən qəbul imtahanlarında 685 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə daxil olmuşam. Özümü çox xoşbəxt hiss edirəm. Əslində bu mənim uşaqlıq arzum olub”.

Natiq Hüseyn