• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 12.09.2017 13:00

Ərzaq mağazası yandı

KepezTV Player

Şəkidə gecə saatlarında ərzaq mağazası yanıb. Yanğın N. Nərimanov küçəsində fəaliyyət göstərən Teymur Sadıqova məxsus ümumi sahəsi 32 kv/m olan mağazada baş verib. Hadisə yerinə FHN-in Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının qarşısı qısa müddət ərzində alınıb. Buna baxmayaraq, mağazanın yanar konstruksiyaları içərisindəki ərzaq malları ilə birlikdə yanıb. Mağazaya bitişik tikilən ümumi sahəsi 18 kv/m olan anbar və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğının səbəbi aparılacaq araşdırmadan sonra bəlli olacaq.

Ruhəngiz Hacızadə