• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 12.09.2017 10:48

Nissan yarımavtonom elektromobil təqdim etdi

Yaponiyanın Nissan konserni Las-Veqas və Tokioda keçirilən təqdimatda yenilənmiş Leaf elektromobilini nümayiş etdirib. 2010-cu ildən buraxılan 4 qapılı heçbekin yeni versiyası aqressiv dizayn və yarımavtonom ProPilot adlı intellektual idarəetməyə yiyələnib. Maşının dəyəri isə 700 dollara düşüb. Ən çox satılan elektrokarın ikinci nəsil nümayəndəsi 150 at güclü motorla hərəkətə gəlir. Onun gücü 40 kVtsaata bərabərdir və ehtiyat gedişi 300 kilometrə qaldırılıb. Elektromobili həm adi şəbəkədən, həm də elektrik stansiyalarından enerji ilə təmin etmək mümkündür. Cəmi 40 dəqiqəyə maşın 80% enerji ilə yüklənir. Leaf 2018 yerindən 100 km/saat sürəti 7,9 saniyəyə yığır. Maksimal sürət isə 144 km/saatdır. Yeniliyin əsas rəqibləri Chevy Volt və Tesla Model 3-dür. Alıcıları ən çox cəlb edən onun qiyməti ola bilər. Belə ki, yeni model rəqiblərindən təxminən 5000 dollar ucuzdur. Yaponlar hətta daha güclü Leaf elektromobili də hazırlayıblar. Yeni Leafdə peyda olan ProPilot sistemi maşının önündə şütüyən avtomobilləri izləməyə imkan verir. Yarımavtonom sistem maşını sərbəst şəkil sürmək qabiliyyətindədir, bir şərtlə ki, sürücü əlini sükandan çəkməsin. Daha bir yeni texnologiya e-Pedal-dır ki, belədə maşını bir pedalla idarə etməyə şərait yaranır. İlk satışlar gələn ABŞ-da 29 990 dollarla həyata keçiriləcək.

Cavanşir Məmmədzadə