• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1798
— 12.09.2017 10:47

Euro NCAP kraş-testləri: Mazda CX-5, Renault Koleos, Kia Riovədaha 6 model

Avropanın yeni avtomobillərin qiymətləndirilməsi təşkilatı - Euro NCAP 9 təzə modelin kraş-testlərinin nəticələrini paylaşıb. Sınaqlardan keçən maşınlar bunlardır: Ford Fiesta, Jeep Compass, Mazda CX-5, Mercedes-Benz C-Class Cabriolet, Opel Grandland X, Renault Koleos, Opel Ampera-e, Kia Picanto və Rio-dur. Onların əksəriyyəti 5 ulduzu qazana bilib. Opel Ampera-e 4, Kia modelləri isə 3 ulduzla kifayətlənməli olub. Bu seriyada ən yaxşı göstərici Mazda CX-5-də qeydə alınıb. O, bütün kraş-teslərdən “üzü ağ” çıxmağı bacarıb. Məsələn, böyük sərnişinlərin müdafiəsi bu maşında 95 faiz qiymətləndirilib. Kraş-testlərin rekord göstəricisi Alfa Romeo Giulia-a məxsusdur. Belə ki, italyan avtomobilində böyük sərnişinlər özlərini 98 faiz təhlükəsizlikdə hiss edə bilərlər. Onun ardınca Alfa Romeo Stelvio və VW Arteon daha təhlükəsiz hesab olunur: 97% və 98%. Kianın Rio və Picanto modelləri iki kraş-testdə yoxlanılıb.

Cavanşir Məmmədzadə