• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 12.09.2017 10:45

Xiaomi-dən yeni smartfon: Mi A1

Çinin Xiaomi şirkəti ucuz Mi A1 smartfonunu təqdim edib. Google-la birgə ərsəyə gələn aparat metal korpusla əhatə olunub. Yeni smartfonun ekranı 5,5 düymlükdür. Qurğu 8 nüvəli Qualcomm Snapdragon 625 prosessoru ilə işləyir. 4 Qb operativ və 64 Qb daxili yaddaşı olsa da, bu göstəricini microSD kartı ilə 128-dək yüksəltmək mümkündür. Əsas özəllik bir cüt ana kameranın olmasıdır ki, onlar da 12 Mp tele-foto modul və 12 Mp 26 mm-lik iri bucaqlı moduldan ibarətdir. Belə kombinasiya ikiqat optik zumu təmin edir. Yeni smartfon “təmiz” interfeysli Android 7.1.2 Nougat idarəetmə sistemi ilə işləyir. 168 qramlıq Xiaomi Mi A1 3080 mAs həcmli batareyaya sahibdir. Satışlar Hindistanda başlayıb. Qiymət isə təxminən 234 dollardır.

Cavanşir Məmmədzadə