• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1163
— 12.09.2017 12:20

Karate üzrə qadınlardan ibarət milli komandamızın üzvü İrina Zaretska 2017-ci ilin "Grand Winners" mükafatına sahib olub

Dünya Karate Federasiyasının təsis etdiyi bu mükafat, ən nüfuzlu turnir sayılan “Karate 1” Premyer Liqasında il boyu hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir. 68 kq-da çxış edən Zaretska cari ildə 21 yaşadək gənclər arasında Avropa çempionu, Rotterdam və Dubayda Premyer Liqaların qalibi olmaqla yanaşı, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb. Mayda Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olan ukraynalı legionerə "Grand Winners" mükafatı Leypsiqdə Premyer Liqa turnirində təqdim edilib.

Orxan Cəfərzadə