• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 12.09.2017 12:19

“Qarabağ” tarixi matça çıxır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsi start götürəcək. Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəyə qoşulacaq.

Bu gün ilk olaraq A, B, C və D qruplarında oyunlar keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” futbol tariximizdə ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyuna çıxacaq.

C qrupunda mübarizə aparan komandamız Londonda I turda “Çelsi” ilə üz-üzə gələcək.

“Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

 

C qrupu

22:45. “Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropulos

London. “Stemford Bric” stadionu

 

22:45. “Roma” (İtaliya) – “Atletiko” (İspaniya)

 

A qrupu

22:45. “Benfika” (Portuqaliya) – MOİK (Rusiya)

22:45. “Mançester Yunayted” (İngiltərə) – “Bazel” (İsveçrə)

 

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika)

22:45. “Seltik” (Şotlandiya) – PSJ (Fransa)

 

D qrupu

22:45. “Barselona” (İspaniya) – “Yuventus” (İtaliya)

22:45. “Olimpiakos” (Yunanıstan) – “Sportinq” (Portuqaliya)

Azad Rəfi