• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2206
— 11.09.2017 16:02

Bibiana Ştaynhaus dünya futbolunun tarixinə düşüb

Belə ki, o, Almaniya Bundesliqasının 3-cü turu çərçivəsində keçirilən “Herta” – “Verder” matçının baş hakimi olub. Bununla da bundesliqada ilk dəfə qadın referi oyun idarə edib. 38 yaşlı hakimdən öncə Bundesliqada qadın ədalət təmsilçisi oyun idarə etməyib. Ştaynhaus həm də böyük beşlik ölkələrinin çempionatlarında komandaları meydana çıxaran birinci hakim olmaqla ilkə imza atıb.

Karyerasına 1999-cu ildən başlayan Ştaynhaus, 2005-ci ildən FİFA referisi statusunu daşıyır. Əsas peşəsi polis olan Bibiana qadın futbolunda bir sıra önəmli turnirlərin həlledici görüşlərində fit çalıb. O, 2011-ci ildə dünya çempionatının, 2012-ci ildə Olimpiadanın və bu il Çempionlaq Liqasının finalını idarə edib.

Sonda əlavə edək ki, Bibiana Ştaynhausun bundesliqada debüt matçı matçı 1:1 hesabı ilə nəticələnib. Referi oyun boyu cəmi bir sarı vərəqə göstərib. 

Azad Rəfi