• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 11.09.2017 20:59

Qəzalar kimini canından, kimini sağlamlığından etdi

KepezTV Player

Günün qaçılmaz xəbəri olan qəzalar yenə yola düzələnləri peşman etdi. Uşaq, gənc, ahıl, qadın, kişi deməyən əzrail çoxlarının həyatını yarı yolda kəsdi. Sağlamlığını itirərək, xəstəxanalara düşənlər də az deyil.

Ağır yol qəzalarından ikisi Sabirabad rayonunda qeydə alınıb. Hadisələrdən birində 68 yaşlı Xələf Əsgəralı oğlu Baxşıyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus radar dirəyinə dəyərək aşıb. Nəticədə Sabirabad sakini, 20 yaşlı Gülzar Sakit qızı Abbasova və 71 yaşlı Teymur Xanhüseyn oğlu Zərbəliyev həyatını itirib. Sürücü və mikroavtobusda olan sərnişinlər - 31 yaşlı Amil Əhmədov, 49 yaşlı Şəhla Abbasova, 25 yaşlı Çimnaz Rəhmətova, 60 yaşlı Böyükkişi Ağayev, 54 yaşlı Zeynəb Novruzova, 29 yaşlı Şakir Hüseynov, 25 yaşlı Mahir Hüseynov, 26 yaşlı Kamran Ələkbərov, 20 yaşlı Bəylər Quluzadə xəsarət alıblar. Yaralılar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan 4-nün vəziyyəti ağır olduğu üçün Bakıdakı tibb müəssisələrinə yola salınıblar. Sabirabadın Qaragüney kəndi ərazisində də minik avtomobili aşıb. Nəticədə Şirvan şəhər sakini, 31 yaşlı Elməddin İlyasov və Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 31 yaşlı Anar Hacıyev xəsarət alıblar. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Bakının Xəzər rayonu ərazisində, Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb. "VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn "Daewoo" da "VAZ-2106"ya dəyib. Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zamanı üçü azyaşlı olmaqla, 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Paytaxtın Sabunçu rayonu ərazisində İmişli rayon sakini Müşviq Mikayıl idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Malik Rəcəbovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

əncənin Şah İsmayıl Xətai prospektində isə "Mercedes" markalı avtomobil şəhər sakini 69 yaşlı Cəlal Zeynalovu vurub. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyətinin ağır olan şəxs bütün tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. Goranboyun Abbasqulular kəndində hərəkətdə olan “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Onlar “Mercedes”in sürücüsü Veyisli kənd sakini, 66 yaşlı Eldar Xəlilov, sərnişinlər - 38 yaşlı Elnarə Xəlilova, 8 yaşlı Gülsabə Xəlilova, 6 yaşlı Cəsur Xəlilov və 60 yaşlı Kifayət Qasımlı, “VAZ 21015”in sürücüsü, 44 yaşlı Razim Rəcəbov, onun sərnişini, 46 yaşlı Aybəniz Əliyevadır.

Faktlarla bağlı araşdırmalar aparılır.

 

Elnur Vahidoğlu