• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1904
— 11.09.2017 19:36

Goranboyda yorğun sürücü maşını aşırıb

Goranboy rayonunda yük maşını aşıb. Hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 58 yaşlı Asif Qasımzadə idarə etdiyi "QAZel" markalı avtomobili aşırıb. Nəticədə sürücünün qolu maşının altında qalaraq xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə yorğun halda olan sürücünün sükan arxasında yatması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı