• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 11.09.2017 15:59

Gəncə dovğası dünyaya tanıdılır

KepezTV Player

Azərbaycan mətbəxi olduqca zəngindir. Hər bölgənin özünə xas təamları, özünə məxsus dadları var. Hətta elə xörəklər var ki, onun adı müəyyən bir şəhərin, rayonun adı ilə yanaşı çəkilir. Onların tanıdılması və yaşadılması da məhz həmin bölgə insanlarının öhdəliyindədir. Belə təamlardan biri də dovğadır. "Gəncə dovğası". Bu təamın təbliği istiqamətində Gəncədə maraqlı bir addım atılıb. 

“Gəncəçay” park-bulvar kompleksində qələbəlik müşahidə olunur. İlk dəfə baş tutacaq “Gəncə dovğası” müsabiqəsinə hazırlıq işləri gedir. Bulvar ərazisində 3 böyük restoran-kafe fəaliyyət göstərir ki, müsabiqə də məhz onlar arasında təşkil olunub. Hazırlıqlar tamamlanır və müsabiqə başlayır... Onlar işlərində olsunlar, biz “Gəncə dovğası” üçün lazım olan ərzaqları sadalayaq: 5 litr qatığa 3 yumurta, 1 stəkan yumru düyü və 1 xörək qaşığı un əlavə edilir. Göylərə gəldikdə isə Gəncə dovğası hazırlanarkən, əsasən dağ keşnişi, şüyüd, nanə, cəfəri kimi ətirli göylərdən istifadə olunur.

Nəzakət Kazımova –aşbaz: “Qəşəng şirin qatıqdan qəşəng də dovğa alınır. Gəncə dovğasını digərlərindən fərqləndirən, ona noxud vurulmamasıdır”.

Üstəlik dovğa dədə-baba qaydası ilə ocaqda bişirsə, o zaman daha da ləzzətli olur. Görünən odur ki, münsiflər heyətinin işi çətin olacaq... Düzdür, üç aşpazdan biri qalib gələcək, amma əsas məqsəd...
 

Rüstəm Bağırov- “Gəncəçay” Park-Bulvar Kompleksinin rəisi: “Bugünki tədbirin əsas məqsədi ondan ibarətdir ki, qədim Gəncə dovğasının təbliğatıdır və Azərbaycan zəngin mətbəxinin nümunələrini şəhər sakinlərinə, eləcə də qonaqlara təqdim etməkdir”.

Dovğalar hazırlanır və qaliblər müəyyənləşir. I, II və III yerlərə layiq görülən hər üç aşpaza müvafiq olaraq fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Bişirilən dovğalardan isə münsiflər heyəti ilə yanaşı, “Gəncəçay” park-bulvar kompleksinə istirahətə gələn sakinlər də dadıb.

Təhminə Əliyeva- şəhər sakini: “Bir şəhər sakini kimi belə tədbirlədə hamının iştiak etməsini istəyərdim. Biz özümüzdə dadıq dovğalardan və çox bəyəndik”.

Bu cür tədbirlər “Gəncəçay” park-bulvar kompleksində bundan sonra da davam edəcək.

 

Xaliq Qurbanov