• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1225
— 11.09.2017 15:48

Şəmkirdə tələbələrlə görüş keçirilib

KepezTV Player

Bu il Şəmkir rayonundan 537 məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 24 nəfəri 600-dən, 64 nəfəri 500-dən yuxarı bal toplayıb. Ən yaxşı nəticəni Dəllər Daşbulaq kənd tam orta məktəbinin məzunu Aliyə Məmmədli göstərib. 695 bal toplayan Aliyənin seçimi Tibb Universiteti olub. Yüksək göstəricilərə görə sonrakı yerləri Cahangir Rüstəmov və Məhəmməd Füzuli adına şəhər, eləcə də Kür qəsəbə 2 saylı tam orta məktəblərinin məzunları tutublar. Tələbə adını qazananlarla görüşdə onlara gələcək həyatlarında uğurlar arzulanıb. Təhsil işçiləri növbəti illərdə ali məktəbə qəbul olanların sayının artacağına əminlik ifadə ediblər. Yüksək bal toplayanlara rayon icra hakimiyyəti tərəfindən mükafatlar təqdim olunub. 

Zəhra Abdıyeva - tələbə: “Mən Cahangir Rüstəmov adına şəhər tam orta məktəbin məzunu olmuşam. Birinci imtahanda 674 bal topladım. Ancaq bununla kifayətlənmədim. İkinci imtahanda iştirak etdim və bu dəfə isə 685 bal toplayaraq uşaqlığından bəri sevdiyim bir universitet və istədiyim ixtisas olan Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakultəsinə qəbul oldum. Bunun üçün ilk növbədə valideynlərimə və müəllimlərə minnətdaram”.

Natiq Hüseyn