• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1139
— 11.09.2017 12:59

Onları həmkəndliləri bıçaqladı

KepezTV Player

Şəmkir sakini qonşusu tərəfindən döyülərək bıçaqlanıb. Rayonun Düyərli kənd sakini, 26 yaşlı Əliyev Tural müxtəlif bədən xəsarətləri və bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir qanlı olay rayonun Muxtariyyə kəndində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Emin Hüseynov qarın nahiyəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Hüseynov toyda dava zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə