• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2184
— 09.09.2017 13:56

Tovuzda yol qəzası baş verib: 5 nəfər xəsarət alıb

KepezTV Player

Tovuz rayonunda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb. 36 yaşlı Nəsib Bəhmənov, 30 yaşlı Bağban Qasımov, 39 yaşlı Asif İbadov, Vüqar Həsənli və Sədi Nəsibov Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hazırda yaralılardan V.Həsənli və S.Nəsibovun vəziyyəti kritikdir.

Hadisə bu gün səhər saatlarında Tovuz rayonu ərazisində baş verib. "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir.

Fərid Mehdizadə