• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 09.09.2017 07:38

Daşkəsəndə yanğın baş verib

Daşkəsən rayonunda filiz mədənin ərazisində yanğın qeydə alınıb. Rayonun Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb. Hadisə yerinə çağrılan yanğın söndürənlər alovun qarşısını alıb. Yaxınlıqdakı mədən və meşə zolağı yanğından mühafizə olunub. Yanğının baş vermə səbəbləri araşdırılır.

Elnur Vahidoğlu