• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 08.09.2017 14:42

Goranboyda tədrisdə fərqlənən pedaqoqlar təltif edildilər

KepezTV Player

Goranboyda ötən ilin aprel döyüşlərində zərər çəkən 108 yerlik Tap kənd tam orta məktəbi əsaslı təmirdən sonra yeni tədris ilində istifadəyə veriləcək. Rayondakı 78 məktəbin sentyabrın 15-də qapılarını müəllim və şagirdlərin üzünə açması üçün cari işlər görülüb. Təhsil işçilərinin konfransında tədrisdə fərqlənən bir neçə pedaqoqun Təhsil Nazirliyi tərəfindən təltif olunduğuna diqqət çəkilib. Məktəblərin maddi-texniki bazasının güclənməsinin ali məktəblərə qəbul göstəricisinə müsbət təsirindən isə tələbə adını qazanan gənclərlə görüşdə danışılıb. Qəbul imtahanlarında iştirak üçün sənəd verənlərdən 304 nəfərinin istəyinə çatdığı vurğulanıb. Onlardan 50-si 500-dən, 20 nəfər isə 600-dən çox bal toplayıb. Son üç il ərzində 39 nəfər məzun isə xüsusi təyinatlı məktəblərə qəbul olunub. Görüşdə yüksək bal toplayan tələbələrə hədiyyələr və pul mükafatı təqdim olunub.

 

Əsmər Zenalova- tələbə: “660 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakultəsinə qəbul olunmuşam. Bu mənim uşaqlıq arzum idi, hər zaman iqtisadçı olmaq istəyirdim və bu gün mən buna nail oldum. Gələcəkdə qarşıma belə bir məqsəd qoymuşam ki, mən Azərbaycanın harasında, dünyanın harasında olmağımdan asılı olmayaraq daim ölkəmin inkişafı üçün əlimdən gələni edim”.


Firdus Məmmədov- tələbə: “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinə daxil olmuşam. Uşaqlıqdan arzum idi ki, səfir olum, Azərbaycanı layiqincə xarici ölkələrdə təmsil edim. Buna görə də üstümdə əziyyəti olan müəllimlərimə minnətdarlığımı bildirirəm”.

 

Xaliq Qurbanlı