• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 08.09.2017 13:01

54 yaşlı kişini avtomobil vurdu

KepezTV Player

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində də yol- nəqliyyat hadisəsi baş verib. Yolu keçmək istəyən 54 yaşlı Dmitriy Danilovu avtomobil vurub. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər Dmitriy Danilova tibbi yardım göstəriblər. Onun həyatı üçün təhlükə aradan qaldırılıb. Polis hadisə yerinə baxış keçirib. Müvafiq ekspertizalar təyin olunub. Faktla əlaqədar araşdırmalar aparılır.

Vüsalə Camal