• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 07.09.2017 16:12

Gəncəli güləşçilər dünya çempionatında iştirak edir

KepezTV Player

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya birinciliyi keçirilir. Yarışda güləşçilərimiz hər 3 növdə mübarizə aparır. Sərbəst növdə mundiala yollanan pəhləvanlar arasında 2 gəncəli pəhləvan da var. Onlar 46 kq çəkidə Tofiq Əliyev və 58 kq-da Turan Bayramovdu. Hər iki idmançı yığmanın daimi üzvüdür. Bu güləşçilər iyul ayının sonunda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa birinciliyində də iştirak edərək mükafatçılar sırasına düşməyi bacarıblar. Əliyev yalnız finalda uduzmaqla qitə yarışının gümüş, Bayramov isə bürünc mükafatına yiyələnmişdi. Hər iki yeniyetmə məşqçilər korpusunun etimadını doğrultduğu üçün dünya birinciliyində də millinin heyətində yer alıblar. Nizami yurdunun təmsilçiləri yenə komandamızın ən böyük medal ümidlərindəndirlər. Gəncəli güləçilər ayın 9-da xalça üzərinə çıxacaqlar.

Orxan Cəfərzadə