• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 07.09.2017 13:22

Ölkə yollarında baş verən qəzalar yenə can aldı

KepezTV Player

Yolları yarıda kəsən qəzalar bu dəfə də can aldı. Paytaxtda baş verən iki yol-nəqliyyat hadisəsi barədə daha ətraflı…

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları xuliqanlıq maddəsi ilə axtarışda olan rayonun Havarlı kənd sakini 53 yaşlı Cəlal Dilənçi oğlu Qəhrəmanovu saxlamaq istəyərkən o qaçmağa çalışıb. Lakin məqsədinə nail ola bilməyib. Saxlanıldıqdan sonra Cəlal Qəhrəmanovun evinə baxış keçirilib. Onun üzərindən sellofon torbada və yaşadığı iki mərtəbəli evin 1-ci mərtəbəsindən narkotik tərkibli vasitə olan marixuana aşkarlanıb. Cəlal Qəhrəmanov narkotik tərkibli bitkiləri kəndin yaxınlığındakı meşə ərazisindən tapdığını deyib.

Saxlanılan şəxs: “Özüm üçün də belə. Çıxmışam üstünə qırıb götürüb gəlmişəm. Arada bir istifadə eləyirəm”.

Narkotik tərkibli bitkilər maddi sübut kimi götürülüb.

Pərvin Ağayev -təhqiqatçı: “Havarlı kənd sakini Qəhrəmanov Cəlal Dilənçi oğlu 6 sentyabr 2017-ci il tarixində yaşadığı evdə tutularkən üzərindən və evinin birinci mərtəbəsindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Faktla bağlı hazırda araşdırma aparılır”.

 3 uşaq atası olan saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Bildirək ki, narkotik vasitələrin daşınması və saxlanmasında şübhəli bilinən Cəlal Qəhrəmanov əvvəllər də xuliqanlıq maddəsilə təqsirli bilinərək bir dəfə məhkumluq həyatı yaşayıb.