Gəncədə pulsuz kitab oxumaq imkanı yaradan “Oxuyan gənclik-sərbəst kitabxana” adlı layihə fəaliyyətini davam etdirir. Layihə çərçivəsində şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılır ki, hər bir şəhər sakini günün istənilən saatında onlardan faydalana bilər. İstifadə qaydası isə sadədir: rəfə bir kitab qoymaqla, əvəzinə orada olan hər hansı bir nəşri götürmək mümkündür. Gənclər Evi, ADAU-nun yataqxanası və iqtisadiyyat korpusu, Gəncə Dövlət və Texnologiya Universitetlərinin yanında quraşdırılan rəflərə biri daha əlavə olunub. İndi oxucular Cavad xan küçəsində də “Oxuyan gənclik-sərbəst kitabxana” layihəsinin imkanlarından faydalana biləcəklər. Layihəyə dəstək verənlər də çoxdur. Belə ki, bir müddət əvvəl AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən rəflərə yerləşdirilməsi üçün 48 nüsxə kitab hədiyyə edilib. Layihəyə Türkiyədən də dəstək gəlib.
Gülnar Fazilqızı
- Baxış: 611