• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 05.09.2017 23:06

“Mercedes” piyadanı və avtomobili vurdu

KepezTV Player

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qızılhacılı kəndində Şəki rayon sakini Elnur Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naftalan şəhər sakini Məmməd Qarayevi vurub və idarəetməni itirdiyindən qarşıdan gələn, Suma Behbudovanın idarə etdiyi “VAZ-21011”-lə toqquşub. Piyada hadisə yerində keçinib. Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Elnur Vahidoğlu