• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1039
— 05.09.2017 23:15

Şəmkir sakini qonşusunun evini qarət edib

KepezTV Player

Şəmkirdə qonşu qonşusunun malına göz dikib. Planını reallaşdıran oğru mənzili qarət etməyə imkan tapsa da arzusuna çata bilməyib. Gəncin istəyi niyə baş tutmayıb və oğurladığı nə olub?

Şəmkir sakini Məhsəti Aslanovanın mənzilindən oğurluq bir göz qırpımında baş verib. Amma ev sahibi talandan bir neçə gün sonra agah olub. Özünün və evində qonaq olan şəxsin qızıl-zinət əşyalarını yerində tapmayan qadın birbaşa polisə üz tutub.

Məhsəti Aslanova- zərərçəkən: “Mən istədim götürüm qızılları taxım. Baxanda gördüm qızıllar yoxdur. Qonaqdan soruşdum, o da dedi məndə səninlə gedib qayıtmışam. Baxdım ki, bijuteryalar da yoxdur. Qonaq açdı öz sumkasını, dedi Məhsəti gümüşlərim də yoxdur mənim. Evə oğru girib”.

Oğurluğun üstünü açmaq üçün hadisə yerinə gələn polisin ilkin araşdırması evdən 4 min manat dəyərində qızıl, eləcə də 400 manat civarında bəzək əşyalarının oğurlandığını ortaya çıxarıb. Məlum olan həm də oğrunun kimliyi olub. Zərərçəkənin qonşusu 23 yaşlı Emin Səfərli şübhəli şəxs qismində saxlanılıb.

Mehrab Məmmədov- müstəntiq: “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin Səfərli Emin Bahadur oğlunun olması müəyən edilib. Səfərli Emin Bahadur oğlu şübhəli şəxsi kimi saxlanılıb. İş üzrə istintaq araşdırmaları davam etdirilir”.

İstintaqın gedişində Emin Səfərli əməlini etiraf etməklə oğurladığı əksər bəzək əşyalarını istintaqa təqdim edib.

Emin Səfərli- saxlanılan şəxs: “Qapı bir qonşumuzdur. Çölə çıxanda tez-tez görürdüm ki, üstündə qızıl var. Evlərində qonaq var idi. Bir gün çölə çıxanda gördüm ki, çöldə maşın yoxdur. Bildim ki, evdə yoxdular. Pəncərədən içəri daxil oldum. Oradan qızılları götürüb elə pəncərədən də çıxıb qaçdım”.

Əvvəllər də eyni əmələ görə məsuliyyətə cəlb olunan Emin Səfərlinin barəsində yenidən cinayət işi başlanılıb.

Natiq Hüseyn