• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 04.09.2017 21:57

Tovuzda mağaza yanıb, 8 nəfər tüstüdən zəhərlənib

Tovuz rayonunda baş vermiş yanğın hadisəsi zamanı kütləvi zəhərlənmə olub. Hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd ərazisində ticarət obyektlərindən birində yanğın olub. Kənd sakinləri yanğının qarşısını almaq üçün tədbirlər görüb. Yanğının qarşısını alarkən 1 nəfər qadın olmaqla, 8 nəfər tüstüdən zəhərlənib. 22 yaşlı Eldəniz Qədimov, 36 yaşlı Mehman Vəliyev, 23 yaşlı Qəhrəman Əsədov, 20 yaşlı Xəyal Məmmədov, 27 yaşlı Elvin Ələsgərov, 25 yaşlı Murad Əsədov, 41 yaşlı Kamran Seyidov və 50 yaşlı Həsənova Elmira zəhərlənmə ilə Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Zəhərlənənlərə tibbi yardım göstərilib. Xəstələrin vəziyyəti qənaətbəxş olduğundan onlar ambulator müalicəyə buraxılıb.

Ruhəngiz Hacızadə